Məxfilik
Hesab açmadan elanlara baxanda sənin haqqında hesab saxlamırıq. Bəyəndiyin elanlar yalnız bu telefondadır.
Hesab açanda e-poçt, ad və profil saxlanılır. E-poçt və yazışmalar hamıya göstərilmir.
Elandakı yer təxminən 100 metr dəqiqlikdədir. Tam ünvan görünmür. Telefon nömrən yalnız sən icazə versən görünür.
Gəzinti gedəndə dəqiq yer yalnız həmin heyvanın sahibinə göstərilir və gəzinti bitəndə silinir.
Ödəniş çekini yalnız sən və MIYAV administratorları görür. Kiməsə şikayət olanda moderator söhbətə baxa bilər. Bu baxış qeydə alınır.
Hesabı tətbiqdə belə silirsən: Profil → Tənzimləmələr → Hesabı sil. Profil, elanlar, müraciətlər, mesajlar və şəkillər silinir.